top of page

SƏBUHİ CƏFƏROV

Musiqiçi.  Tarzən

Səbuhı Aslan oğlu Cəfərov

       1968-ci ildə Quba şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı Musiqi Akademiyasını (1990-1995) fərqlənmə diplomu ilə bitirərən Səbuhi Cəfərov, həmin ildən Bakı Musiqi Akademiyasında muəllimlik  fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 12 yanvar 2011-ci il tarixli qərari ilə (protokol N 02-k) dosent  elmi dərəcəsi alan Səbuhi Cəfərov hal-hazırda Azərbaycan Milli Konservatoriyasında dosent vəzifəsində çalışır. Tələbələri dəfələrlə respublika müsabiqilərində laureat  və 3 musabiqədə  ‘‘Qran Pri’’ mükafatına, dörd beynəlxalq müsabiqədə laureat adına layiq görülmüşlər. İki  tələbəsi Rusiya səfirliyinin keçirdiyi müsabiqədə  I, II  yerlərə layiq görülərək laureat adını qazanmışlar. Tələbələrindən Bayramov Yusif  Nəriman oğlu  Prezident  təqaüdçü-südür. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət İttifaqının (1 may 2013-cü il tarixli) qərarı ilə “Qızıl qələm” media mükafatı  adına layiq gorülmüşdür. Səbuhi Cəfərov pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə “Fəxri fərman”la təltif olunmuşdur. 18 mart 2017-ci ildə mədəniyyət və pedoqoji sahədə əldə etdiyi nəaliyyətlərə, həmçinin ifaçılıq fəaliyyətindəki uğurlarına görə Azərbaycan dövlət idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqı respublika komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur. 13 iyul 2017-ci ildə Azərbaycan Respublikasında hərbi vətənpərvərliyin təbliğində və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin yaradılmasının 5 illik yubiley tədbirində fəal iştirakına görə “Fəxri Fərman”la təltif edilmişdir.

Ailəlidir.Iki övladi var

İfaçılıq fəaliyyəti

Pedaqoji  fəaliiyyətlə yanaşı ifaçılıq fəaliyyətinə xüsusi önəm verən Səbuhi Cəfərov 1993 – cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində konsertmeyster – solist vəzifəsində fəaliyyət göstərir. S.Ələsgərovun “ 3 saylı Konsert”inin ( ilk ifa 1994), Firəngiz Babyevanın tar ilə orkestr üçün‘’ Konsert’’ inin( ilk ifa 1994),Xalq artisti N.Əzimovun “Xatirə’’ əsərinin ( ilk ifa 1997), Əməkdar müəllim A.Yusifovanın “Alov fantaziyası” əsərlərinin ilk ifaçısı olmuşdur (hər iki əsər S.Cəfərova ithaf olunub).  H.Xanməmmədovun I və II tar konsertlərini (1999,2004),C.Cahangirovun tar “Konsert”ini (2005) , S.Rüstəmovun tar “Konsert”ini (2006),F.Əmirovun ”Sevil” operasından Balaşın və Sevilin ariyalarını, S.Ələsgərovun“Vətənimdir”, R.Mirişlinin ” Yandım elə yandım”, C.Cahangirovu “Ana”, “Bayatılar”, S.Rüstəmovun“ Oxu tar“. Q.Hüseyinlinin “İlk məhəbbət”,V.Adıgözəlovun “Qərənfil”, RMirişlinin “Bir könül sındırmışam’’, N.Əzimovun ’'İşıqlı dünyamsan’’,O.Kazımovun  ‘‘Nə  gəlməz oldun’’,  R.Korsakovun  “Çar Soltan haqqında  nağil” operasından “Mozalanın uçuşu”(yeri gəlmişkən texniki baxımdan yüksək ifaçılıq məharəti tələb edən bu əsər 60 saniyəyə ifa olunmuşdur,tar ilə xalq çalğı alətləri orkestri üçün işləyəni də Səbuhi Cəfərov) H.Rzayevin “Çahargah rapsodiyası”nı  (tar, kanon və xalq çalğı alətləri orkestri üçün işləyəni də Səbuhi Cəfərov) kimi əsərlərini S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşaiyəti ilə Tele-Radionun fondu üçün lentə yazdırmışdır. Tar və kanon ifaçılığı tarixində ilk dəfə olaraq, H.Rzayevin “Çahargah rapsodiyası”nı (1997) , F.Əmirovun“1001 gecə” baletinin mövzuları əsasında “1001 gecəni düşünərkən” adli əsərini, T.Quliyevin “Sevinc” mahnısını tar, kanon və f-no üçün işləyərək lentə yazdırmışdır . S.Cəfərov, eyni zamanda “Rahab,’’Orta – Mahur’’,“Bayatı-Kürd”, “Çahargah”,“Bayatı-Şiraz”,”Şahnaz”,”Mirzə-Hüseyn segahı” muğamlarını, eləcə də xalq rəqslərini, respublikanın xalq artisti ,professor Şəfiqə Eyvazova ilə birgə lentə yazdırmışdır. Xalq artisti R.Mirişlinin “Yandım  elə yandım” və əməkdar müəllim,bəstəkar A.Yusifovanın“Alov fantaziyası” Səbuhi Cəfərovun ifasinda (Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın fortepianoda müşayiətilə) “Azərbaycan bəstəkarlarının antologiyası”adlı albom - diskinə daxil edilmişdir. Səbuhi Cəfərov 2005 –ci ildə Moskvada keçirilən Azərbaycan ilinin açılış konsertində müvəffəqiyyətlə  çıxış edərək Respublikamızı  layiqincə təmsil etmişdir. 

14 mart 2017-ci il tarixdə Mədəniyyət kanalının təşkilatçılığı və Azərbaycan Dövlət Filarmoniyası ilə birgə layihəsi əsasında Kamera və Orqan Musiqi zalında solo konsert proqramı ilə çıxış etmişdir (Proqramda Azərbaycan və qərb bəstəkarlıarının əsərləri, muğamlar eləcə də rəqslər öz əksini tapmışdır). 

Çap olunan elmi işləri

         İfaçılıq fəaliyyətilə yanaşı elm sahəsində də çalışan dosent Səbuhi Cəfərovun coxlu sayda elmi işləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimi tövsiyyə edilərək çap olunmuşdur.

       “Azərbaycan bəstəkarlarının əsərlərı” ( 2005) – dərs vəsaiti

Azərbaycan bəstəkarlarının ansambl üçün işlənmiş əsərləri”

 ‘‘ Azərbaycan və xarici ölkə bəstəkarlarının ansambl üçün işlənmiş əsərləri“(2009)

       ’’Qamma və arpeciolar mürəkkəb varintda’’-(2012)

       ’’ Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ’’-(2012) adlı dərs vəsaitlərinin,

      “Kəklik “xalq mahnısı (kamança və f-no üçün A.Yusifovanın “Azərbaycan xalq

melodiyalarının işlənməsı və aranjimanı” fənni üzrə dərs vəsaitində 2004)

        S.Ələsgərov “3 saylı konsert”i haqqında “Metodik tövsiyyə” (2006)

        F.Əmirov “Sevil “ operasının mövzuları əsasında “Fantaziya” haqqında “Metodik tövsiyyə” (2006)

         F.Əmirov“1001gecə“ baletinin mövzuları əsasında“ Fantaziya“ haqqında “Metodik  tövsiyyə” (2007)

       “S. Ələsgərovun tar konsertləri haqqında” - (“Musiqi dünyası“ jurnalında məqalə - 2006 )

      “İsdedadlı tar ifaçısı’’ (Əməkdar artist V.Məmmədəliyev haqqında ’’Qobusdan” jurnalında məqalə - 2006)

        Bundan başqa əməkdar artist Vamiq Məmmədəliyevin ifasından çoxlu sayda muğam rənglərini nota köçürmüşdür.                                          

Proqramlar

         Azərbaycan Milli Konservatoriyasının xalq calğı alətləri kafedrası əyani bölməsinin bakalavr hazırlığı üçün ’’Kamera ansamblı fənni üzrə tədris proqramı’’ (Əməkdar müəllim, dosent  Ramiz Əzizovla birgə ) 2016, 

      Azərbaycan Milli Konservatoriyasının xalq calğı alətləri kafedrası qiyabi bölməsinin bakalavr hazırlığı üçün ’’Kamera ansamblı fənni üzrə  tədris proqramı’’ (Əməkdar müəllim, dosent Ramiz Əzizovla birgə   

      Azərbaycan Milli Konservatoriyasının xalq calğı alətləri kafedrası qiyabi bölməsinin  bakalavr hazırlığı üçün ‘‘ Tar İxtisas – not fənninin üzrə proqram’’  (Əməkdar müəllim, dosent Ramiz Əzizovla birgə ) 2016 .

bottom of page